19 yaralı ilə bağlı – Səhiyyə Nazirliyindən açıqlama
11 Avqust 2019 10:19 SosialXəbər verdiyimiz kimi, Hacıqabul rayonunda "Mercedes" markalı sərnişin daşıyan avtomaşınla "Ford" markalı avtomobil toqquşub.
Səhiyyə Nazirliyindən verilən ilkin məlumata görə, 19 yaralı var.
10 nəfər Şirvan, digər 9-u isə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına aparılıb.
Kürdəmir MRX-dan verilən məlumata görə, qəzadan sonra 6 qadın, iki kişi və bir azyaşlı oğlan gətirilib. Azyaşlının Bakıya Travmatologiya İnstituna (qolun amputasiyası), 2 kişinin isə Klinik Tibii Mərkəzə keçirilməsi qərara alınıb.
Şirvan MRX-da olan qadınların ikisində qapalı kəllə beyin travması etimal olunur. Yaralıların hamısına lazımi yardım göstərilir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31