Xiyarla müalicə - 7 xəstəliyə 7 RESEPT
11 Avqust 2019 07:21 SosialXiyarın indi bol və ucuz olduğu vaxtda ondan təkcə salat və şorabalar üçün yox, can sağlığımız üçün də istifadə edə bilərik. Xiyar B, C, PP, karotin, kaliy ilə zəngindir. Xiyar elə yaranandan ondan müxtəlif xəstəliklərin müalicəsində istifadə edilib.
Medicina.az xiyarın orqanizmə faydalarını təqdim edir.
-Xiyar digər ərzaqların da mənimsənilib həzm olunmasını asanlaşdırır
-Kaliy böyrək və ürəyin işini yaxşılaşdırır
-Xiyarda olan qələvi duzlar turşu mühiti yüngülləşdirir, bununla da böyrəklərdə duz, daş yaranmasının, qocalmanın qarşısını alır
-Yodla zəngin olduğundan zob, qalxanvari vəz xəstəliklərinə qarşıdır.
-Xiyar bağırsaqların işini tənzimləyir
-Damarlardan pis xolesterini qovur
-Maskası, toniki dəri üçün əvəzsizdir
-Xiyar şirəsi sinir sistemini sakitləşdirir