Nardaranda DƏHŞƏT - 4 uşaq dənizdə batdı
10 Avqust 2019 22:44 SosialBu gün Xəzərin Nardaran sahillərində dörd uşaq batıb.
Publika.az-ın Fövqəladə Hallar Nazirliyinə istinadən verdiyi xəbərə görə, onlar 2007-ci il təvəllüdlü Cəfərova Mənsumə Əsəd qızı və 2008-ci il təvəllüdlü Cəfərov Əlirza Əsəd oğlu, 2011-ci il təvəllüdlü Cəfərzadə Leyla Ramin qızının və 2009-cu il təvəllüdlü Cəfərzadə Zeynəb Ramin qızıdır.
M.Cəfərovanın, Ə.Cəfərovun və L.Cəfərzadənin cəsədləri sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Z.Cəfərzadənin axtarışları davam etdirilir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31