Onkoloq xərçəngin yeddi simptomunu açıqladı

Onkoloq xərçəngin yeddi simptomunu açıqladı

Tibbi yardım üçün vaxtında müraciət etmək lazımdır

Rusiyanın Roqaçev adına Milli Tibbi Tədqiqat Mərkəzinin onkoloqu Sergey Abaşin xərçəngin inkişafına işarə edə bilən əsas simptomları sadaladı.

AzNews.az-ın məlumatına əsasən, Abaşin "Profil" jurnalına müsahibəsində bildirib ki, insanlar xərçəngin daha ölümcül bir xəstəlik olmadığını başa düşməlidirlər.

"Həkimlər artıq onu müalicə etməyi öyrəniblər. Ancaq xəstəliyin erkən mərhələlərində aşkar edildiyi təqdirdə, insanı sağaltmaq şansı daha yüksək olur.

Həm həkimlər, həm də hər bir insanda ilkin narahatlığı cəmi 7 simptom doğurmalıdır", - onkoloq qeyd edib.

Həkimin sözlərinə əsasən, həmin əlamətləri sadəcə yadda saxlamaq və vaxtında tibbi yardım üçün müraciət etmək lazımdır:

1. Hər hansı bir qeyri-adi qanaxma və ya maye ifrazı

2.Süd vəzilərində və ya bədənin istənilən digər yerində qalınlaşma

3.Uzun müddət sağalmayan istənilən yara

4.Bağırsaq və ya sidik kisəsinin boşalmasında pozuntular

5.Səsin dəyişməsi və ya uzunmüddətli öskürək

6.Həzm sisteminin pozulması və ya udmada çətinlik çəkmə

7. Bədəndəki xallarda istənilən dəyişikliklər

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31