Metro ətrafında nəqliyyata nəzarət gücləndirilib

Metro ətrafında nəqliyyata nəzarət gücləndirilib

Yağışlı hava şəraitində yollarda hərəkətin təşkili, sıxlıq və tıxaca səbəb olan süni amillərin vaxtında aradan qaldırılması məqsədi ilə Bakı Nəqliyyat Agentliyi tərəfindən müvafiq tədbirlər həyata keçirilib. Agentlikdən "Olaylar"a verilən məlumata görə, səhər pik saatlarında metronun "Gənclik", "20 Yanvar" və "Neftçilər" stansiyalarının ətrafı kimi vacib nəqliyyat axınının çox olduğu küçə və prospektlərdəki dayanacaq məntəqələrinin ərazisinə nəzarət gücləndirilib. Görülən təxirəsalınmaz tədbirlər nəticəsində qısa vaxtda avtobus dayanacaq məntəqələrinin ərazisi taksi minik avtomobillərindən təmizlənib, sərnişinlərin ictimai nəqliyyatdan rahat, təhlükəsiz və maneəsiz hərəkəti təmin edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31