Ağlasığmaz hadisə - Qulağından canlı halda çıxarıldı - FOTOLAR

Ağlasığmaz hadisə - Qulağından canlı halda çıxarıldı - FOTOLAR

Antalyada qeyri-adi hadisə yaşanıb.

Ahmet Gök həyətyanı bağçasında ağac dubadığı zaman sağ qulağında ağrı hiss etməyə başlayıb. Əvvəlcə qulağını arının sancdığını düşünərək əhəmiyyət verməyib. Ancaq ağrıların davam etdiyini görəndə dərhal xəstəxanaya gedib. Mikro kamerayla qulağı müayinə edən həkim şok olub və xəstənin qulağında kəpənəyin olduğunu aşkar edib. Həkimi təccübləndirən isə kəpəyin canlı olması, hətta qanaq çırpması olub.

Həkim kəpənəyi pinsetlə tutaraq canlı halda xəstənin qulağından çıxarıb. Qulaq pərdəsinə qədər gedən və orada ilişib qalan kəpənək çıxarıldıqdan sonra xəstəxananın həyətinə buraxılıb.

Həkim bu kimi hadisələrlə nadir hallarda qarşılaşdıqlarını bildirib və kəpənəyin özünü müdafiə etmək, gizlənmək məqsədiylə qulağa girə bildiyini qeyd edib. Kəpənək qulaq pərdəsinə zərər vermədiyi üçün xəstə evə buraxılıb.

TurpKimi.com

​​​​​​​

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31