Azərbaycanda fikir, söz və məlumat azadlığının, plüralizmin inkişaf etdirilməsi dövlətin diqqət mərkəzindədir

"Böyük ziyalı və Azərbaycan milli maarifçilik hərəkatının banilərindən biri olan Həsən Bəy Zərdabi tərəfindən əsası qoyulan milli mətbuatımız 144 ildir ki, şərəfli bir yol gəlir. Bütün çətinliklərə baxmayaraq Azərbaycan mətbuatı inkişaf edərək öz zirvəsinə ucala bilib. Şübhəsiz ki, mətbuat olmadan ölkə həqiqətlərini, eləcə də dünyada baş verən prosesləri ictimaiyyətə çatdırmaq mümkün deyil. Yəni insanların informasiya əldə etmək vəzifəsi birbaşa mətbuatın üzərinə düşür. Əminliklə deyə bilərik ki, respublikamızda fəaliyyət göstərən kütləvi informasiya vasitələri üzərinə düşən vəzifəni layiqincə həyata keçirməkdədir".

Bu fikirləri Olaylar.az-a Azərbaycan Yazıçılar və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, "Qızıl Qələm" mükafatı laureatı Anar Məcidzadə deyib.

O bildirib ki, heç şübhəsiz ki, müstəqillik dövründə mətbuatımızın inkişafı Ümummilli Liderimiz, müasir Azərbaycanın qurucusu Heydər Əliyevin adı ilə bağlıdır: "Ümummilli liderimiz Heydər Əliyev Azərbaycan jurnalistikasının inkişafında hər zaman xüsusi yeri olan şəxsiyyətlərdəndir. Ulu Öndərin ikinci dəfə siyasi hakimiyyətə qayıtması bütün sahələrdə olduğu kimi mətbuatın da inkişafına səbəb oldu. Birincisi, 1998-ci ildə Ümummilli Liderin qərarı ilə senzura ləğv edildi. İkincisi, , "Kütləvi informasiya vasitələri haqqında" yeni qanun qəbul edildi və bu qanun mətbuatda demokratik prinsiplərin daha da möhkəmləndirilməsinə xidmət etdi. Üçüncüsü, Mətbuat və İnformasiya Nazirliyi, Mətbuatda və digər Kütləvi İnformasiya Vasitələrində Dövlət Sirlərini Mühafizə edən Baş İdarə ləğv edildi. Dördüncüsü,. Ulu öndər Heydər Əliyev bir sıra qəzetlərin "Azərbaycan" nəşriyyatına olan borclarını dondurdu və daha sonra isə bu borcları ləğv etdi. Beşincisi, Ümummilli Lider baş redaktorlar, jurnalistlərlə mütəmadi görüşlər keçirərək, onları narahat edən problemləri dinləyir və bu problemlərin həlli ilə bağlı müvafiq göstərişlər verirdi və.s Bütün bunlar həm də söz azadlığına, KİV-in inkişafına xidmət edən məsələlərdir.

Heydər Əliyev demişdir: "Biz mətbuat haqqında bir neçə ciddi addım atmışıq: söz azadlığının, mətbuat azadlığının təmin olunması, senzuranın aradan qaldırılması, bütün mətbuat orqanlarına sərbəstlik verilməsi. Əgər bu gün hansısa yeni bir şey varsa, biz onu edirik və edəcəyik".

Fəxarət hissi ilə deyə bilərik ki, Ulu Öndərin bütün sahələr, eləcə də mətbuatla bağlı uzaqgörən siyasəti bu gün möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən layiqincə davam etdirilir. Söz və fikir azadlığının yaradılmasını özündə əks etdirən bu siyasətin nəticəsində Azərbaycan beynəlxalq aləmdə fikir azadlığının mövcud olduğu ölkə kimi tanınmaqdadır. Yəni dövlət başçımızın rəhbərliyi ilə respublikamızda kütləvi informasiya vasitələrinin müstəqilliyi, o cümlədən mətbuat, söz, fikir azadlıqları yüksək səviyyədə təmin olunub. Şübhəsiz ki, bütün bu azadlıqlar cəmiyyətdə sosial məsuliyyəti, şəffaflığı, siyasi plüralizmi, tolerantlığı şərtləndirməklə yanaşı, insan hüquqlarının etibarlı müdafiəsinə geniş imkanlar açır".

A.Məcidzadə qeyd edib ki, ən yeni tarximizdə mətbuatın inkişafı şübhəsiz ki, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin adı ilə bağlıdır: "Belə ki, ölkə başçısının 2005-ci ildə imzaladığı Sərəncamla "Əməkdar jurnalist" adının bərpa olunması, media nümayəndələrinin ali dövlət mükafatları ilə təltif olunmaları kütləvi informasiya vasitələrinə diqqət və qayğının nəticəsidir. Bu, ölkə rəhbərliyinin milli, müstəqil mətbuatımızın inkişafına çox böyük töhfəsidir.

Eyni zamanda, mütəmadi olaraq, aparıcı qəzet redaksiyalarına maliyyə yardımları edilir və bunun miqdarı getdikcə artmaqdadır. Bir sözlə, dövlətimizin bu sahə ilə əlaqədar atdığı mütərəqqi addımlar respublikada mətbuatın diqqətdə olduğunu təsdiqləyir. Ölkəmizdəki söz və mətbuat azadlığı dünyanın bir çox ölkələri üçün nümunə göstərilə bilər.

Prezident İlham Əliyev mətbuatın problemlərinə həssaslıqla yanaşaraq KİV-in daha da inkişafı istiqamətində əhəmiyyətli qərarlar qəbul edib. Onun 2008-ci ildə imzaladığı Sərəncamla "Azərbaycan Respublikasında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Konsepsiyası" kimi mühüm bir sənəd təsdiq olunub. Konsepsiyaya uyğun olaraq isə 2009-cu ildən Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu fəaliyyət göstərməkdədir. Bütün bunlar onu deməyə əsas verir ki, Azərbaycanda söz və fikir azadlığı ən yüksək səviyyədə təmin olunub. Ölkəmizdə 5000-ə yaxın mətbu orqanın Ədliyyə Nazirliyində qeydiyyatdan keçməsinin özü də bunun sübutudur.

Bütün bunların nəticəsidir ki, hazırda mətbuatımızda başqa ab-hava yaranıb. Nə senzura var, nə qadağa. Təəssüflər olsun ki, yaradılmış şəraitdən, senzuranın olmamasından istifadə edən, xarici dairələrdəm maliyyələşən bəzi qəzet və saytlar ölkəmiz haqqında, dövlət başçımız haqqında həqiqətə uyğun olmayan yazılar dərc etməkdədirlər. Gərək mövqeyindən, siyasi baxışlarından asılı olmayaraq qələminə hörmət jurnalist şəxsi qərəzliyə, ambisiyalara yol verməməlidir. Düzü düz, əyrini əyri yazmalıdır. Dövrümzdə Azərbaycan jurnalistinin üzərinə düşən ən böyük vəzifə isə Qarabağ həqiqətlərini dünya ictimaiyyətinə çatdırmaqdır. Bu, qələm əhlinin həm jurnalist borcu, həm də vətəndaş borcudur. Qarabağ məsələsində iqtidar, müxalifət bölgüsü olmamalıdır. Çünki işğal altında olan torpaqlar hər birimizin ağrılı yeridir. Yuxarıda qeyd etdiyim kimi bəzi jurnalistlər - sapı özümüzdən olan baltalar xalqımızın böyük problemini - Dağlıq Qarabağ məsələsini bir kənara qoyaraq, ölkəmizə qarşı qarayaxma kampaniyası aparırlar. Bu isə hər bir azərbaycanlıda təəssüf hissi doğurur.

Mətbuat sahəsində mövcud olan nöqsanlara baxmayaraq, əminlik hissi ilə deyə bilərik ki, bu gün Azərbaycan mətbuatı öz inkişaf dövrünü yaşayır. Bu yerdə möhtərəm Prezidentimizin KİV-ə növbəti qayğısında bəhs etmək istərəm. Bu, dövlət başçısnını media işçilərinin sosial müdafiəsinin gücləndirilməsi tədbirlərini nəzərdə tutan sərəncamıdır. Sərəncamla mətbuat işçilərinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması və onlar üçün yaşayış evlərinin tikilməsi məqsədilə Prezidentin Ehtiyat Fondundan KİV-in İnkişafına Dövlət Dəstəyi Fonduna mütəmadi maliyyə vəsaiti ayrılır. Bu özü- özlüyündə respublikamzıda müstəqil medianı inkişaf etdirmək, KİV-lərin maddi-texniki bazasını möhkəmləndirmək, jurnalistlərin sosial vəziyyətini yaxşılaşdırmaq məqsədilə atılan mühüm addımlardandır.

Həmçinin, Azərbaycanda milli mətbuatımızın yubileylərinin qeyd edilməsi, eləcə də mətbuatın inkişafındakı xidmətlərinə görə tanınmış jurnalistlərin fəxri adlarla, orden və medallarla təltif edilmələri haqqında sərəncamlar mediaya və jurnalistlərə göstərilən diqqət və qayğının tərkib hissəsidir.

Dövlət başçımızın 2017-ci ildə də "Jurnalistlərin dostu" mükafatına layiq görülməsi də bütün bunların nəticəsidir. Jurnalistləri özünü dostu, köməkçisi adlandıran ölkə Prezidenti İlham Əliyev demişdir: "Azərbaycan jurnalistikası inkişaf edir və cəmiyyətdə çox müsbət rol oynayır. Azərbaycanda bütün azadlıqlar təmin olunur, o cümlədən söz azadlığı və siz jurnalistlər bunu yaxşı bilirsiniz. Azərbaycanda minlərlə mətbuat orqanı var ki, qeydiyyatdan keçib sərbəst fəaliyyət göstərir. Bu gün Azərbaycan jurnalistikası cəmiyyəti narahat edən problemləri üzə çıxarır, çox dəyərli təhlillər aparır və ümumiyyətlə, ölkəmizin inkişafında çox müsbət rol oynayır". Bu, dövlət başçımızın Azərbaycan jurnalistinə verdiyi diqqətin təzahürüdür. Şübhəsiz ki, kütləvi informasiya vasitələrinin inkişafını, jurnalistlərin sosial şəraitinin yaxşılaşdırılmasını diqqət mərkəzində saxlayan Prezidentimizin əsas amalı milli mətbuatımızın azad, demokratik şəkildə daha da inkişaf etməsidir. Şübhə etmirəm ki, biz buna nail olmuşuq".

A.Məcidzadə vurğulayıb ki, Azərbaycanda söz azadlığı, fikir azadlığı, media azadlığı yüksək səviyyədədir. Bu, inkarolunmaz, təkzibedilməz faktdır. Bunun isə təminatı ölkə rəhbərliyidir:  "Bu gün klassik media bir qədər operativ xəbərçilyini itirib. Buna da səbəb onlayn media və sosial şəbəkələrdir. Onlayn media (saytlar), eləcə də sosial şəbəkələr (facebook, tviter, instqram, yotube) klassik KİV haqqında anlayışları bir qədər dəyişdirib. Yəni istənilən hadisəni artıq həmin dəqiqə ya sosial şəbəkələrdən, ya da onlayn mediadan əldə etmək mümkündür. Bu da müasir xəbərçiliyin üstünlüyüdür. Təbii ki, "facebok"da və ya İP arxasında gedən hər hansısa bir xəbər saytında operativ (və yaxud tələsik) gedən informasiya tam doğru olmaya bilər. Lakin ənənəvi mediada belə deyil. Bu baxımdan qəzetçilik, qəzet xəbərçiliyi müasir mediaya rəqabətdə uduzsa da, öz sanballığını qorumaqdadır. İstər yaradıclıq baxımından, istərsə də obyektivlik baxımdan. Sözsüz ki, bu o anlama gəlməməlidir ki, informasiya agentliyində (saytlarda) gedən "tələsik xəbərlər" hamısı obyektivlikdən uzaqdır, əsla. Sadəcə bu baxımdan saytların əksəriyyəti klasik mediaya uduzur. Belə deyək, yaradıclıq və obyektivlik baxımdan klassik media, operativlik baxımından isə müasir media-onlayn KİV-lər öndədir. Müasir media kifayət qədər şaxələnib. Bəllidir ki, internet mediasında çox ciddi problemlər mövcuddur. Təəssüflər olsun ki, söz azadlığı, media azadlığından istifadə edən bəzi şəxslər sosial şəbəkələrdə insanları təhqir etməkdən belə çəkinmirlər. Eyni zamanda, sosial şəbəkələrin ən böyük mənfi cəhətlərindən biri də budur ki, sosial şəbəkələr vasitəsi ilə yad ideologiyaların təbliğinə, radikalizm və ekstremizmin yayılmasına, mənəvi dəyərlərimizə zərbə vurmaq üçün cəhdlər edilir. Bu baxımdan hər kəs, hər birt vətəndaş, xüsusilə gənclər ayıq-sayıq olmalıdır. Bu gün Azərbaycanda dövlət tərəfindən sosial şəbəkələrə bəzi ölkələrdə olduğu kimi qadağalar yoxdur. Bu da müstəqil respublikamızın demokratik bir ölkə olduğundan xəbər verir. Media (klassik və ya müasir) ictimai maraqdan çıxış etməlidir. Təbii ki, burada medianın sosial məsuliyyəti anlayışı da mövcuddur.  Bütün bunlar - ölkəmizdə media azadlığının, fikir azadlığının, söz azadlığının mövcud olması hər bir azərbaycanlının uğurudur. Beləliklə, bu nailiyyətlər çərçivəsində Azərbaycan mediası dövlətin diqqət və qayğısı nəticəsində daha da böyük uğurlara imza atacaq".
 

Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31