Rahidə Baxışova zorakılığa məruz qalmasından danışdı: "Uşaq idim..." - VİDEO
9 Avqust 2019 11:54 SosialMüğənni Rahidə Baxışova orta məktəbdə oxuyarkən müəllimi tərəfindən zorakılığa məruz qalıb.
İfaçı bu barədə Tolikin "Hər şey daxil" proqramında danışıb:"Aybəniz adlı riyaziyyat müəllimim mənim yaddaşımda o qədər pis qalıb ki... O müəllimin adı gələndə nifrətim oyanır. Dırnaq boyası çəkib məktəbə getmişdim, cəzalandırdı. Taxta xətkeşlə əllərimə vurdu. Uşaq idim, əlimi xətkeşlə döymədən başa sala bilərdi. İnanın, illər keçib, hələ də o qadına nifrətim soyumayıb. Əvvəllər deyirdim ki, o qadın ölsə belə, bir içim su vermərəm".
query="app_id=287262032178073&container_width=20&href=https%3A%2F%2Fbaku.ws%2Fshow-business%2F67479&layout=button_count&locale=az_AZ&sdk=joey&size=large" fb-xfbml-state="rendered">
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31