Evdən qaçan 3 uşaq anasının məktubu tapıldı: "Gedirəm, amma mənim bu evdə..."

İsmayıllı rayonunda evdən qaçan 3 uşaq anasının məktubu ələ keçib.

Aznews.az  xəbər verir ki, bu barədə Pərvanə Bədəlovanın yaxınları məlumat verib.

Onların bildirdiyinə görə, Pərvanə Bədəlova həmin məktubda tezliklə evə qayıdacağını yazıb:

"Gedirəm, amma mənim bu evdə iki qız uşağım qalıb. Tezliklə onları götürmək üçün bu evə qayıdacam" - deyə vurğulayıb.

Qeyd edək ki, İsmayıllı rayonunda 3 uşaq anası evdən qaçıb. Rayonun Qalınçaq kənd sakini Bədəlova Pərvanə Rəfael qızı bu il iyulun 28-də gecə 3 radələrində 4 yaşlı övladı İsmayıl Bədəlovu da götürərək evdən qaçıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31