Azərbaycanda “Hyundai” qadının üzərinə sürüb onu əzdi - VİDEO
8 Avqust 2019 16:09 SosialAvqustun 7-si Xaçmaz şəhərində piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
BAKU.WS xəbər verir ki, bu barədə "YuEl.81" adlı youtube kanalı məlumat yayıb. Hadisə günorta saatlarında Nəriman Nərimanov küçəsində qeydə alınıb. Qəza zamanı "99 FT 859" dövlət nömrə nişanlı "Hyundai" markalı avtomobil piyada Xaçmaz rayonu Qobuqırağı kənd sakini, 1986-cı il təvəllüdlü Fərqanə Pənahovanı vurub.Qadın ciddi bədən xəsarətləri ilə Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. F.Pənahovanın vəziyyəti stabildir. Həyatı üçün təhlükə yoxdur.Faktla bağlı araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31