Keçmiş məhkumdan marixuana götürülüb
Keçmiş məhkumdan marixuana götürülüb
8 Avqust 2019 15:36 SosialXaçmaz dəmir yolu stansiyasının ərazisində əvvəllər məhkum olunmuş şəxsdən narkotik vasitə götürülüb. DİN-dən "Olaylar"a verilən məlumta görə, Nəqliyyatda Baş Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Xaçmaz dəmir yolu stansiyasının ərazisində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş H.Murtuzovdan 20,594 qram tiryək və 385 qram marixuana götürülüb. Faktla bağlı araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31