İstintaq təcridxanasına alıqşqanın içərisində heroin keçirmək istədi
İstintaq təcridxanasına alıqşqanın içərisində heroin keçirmək istədi
8 Avqust 2019 13:19 SosialPenitensiar xidmətin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı İstintaq təcridxanasına narkotik maddə keçirilməsi cəhdlərinin qarşısı alınıb. Penitensiar xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən "Olaylar"a bildirilib ki, Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsinə əsasən təqsirli bilinərək həbs edilmiş şəxs Quliyev Pərviz Hümbət oğlu ilə qısamüddətli görüşə gəlmiş atası Bakı şəhər sakini Quliyev Hümbət Həbib oğlunun gətirdiyi sovqata baxış keçirilən zaman iki ədəd alışqanın içərisində xüsusi üsulla gizlədilmiş sellofan bükülülərdə ümumi çəkisi 0.903 qram olan narkotik maddə - heroin aşkar edilmişdir. Faktla bağlı araşdırma aparılır.