Dövlət Xidmətlərinin Elektron Reyestri yeniləndi
Dövlət Xidmətlərinin Elektron Reyestri yeniləndi
8 Avqust 2019 13:13 SosialNazirlər Kabineti "Dövlət Xidmətlərinin Elektron Reyestrinin aparılması Qaydaları"nda dəyişiklik edib. "Olaylar"ın məlumatına görə, dəyişiklikliyə uyğun olaraq, Elektron Reyestrin yeni bir bölməsi yaradılıb. Qərarla Reyestrin bölmələrinə "Vahid "G2B" (dövlət-biznes) elektron reyestrinin təşkili və fəaliyyətinin təmin edilməsi də daxil edilib.Yeni bölməyə dövlət qurumlarının mikro, kiçik və orta sahibkarlıq subyektlərinə göstərdikləri xidmətlər barədə məlumatlar və verdikləri hüquqmüəyyənedici sənədlər daxil edilir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31