Azərbaycanın bu İnstitutu BMT-nin Dağ Tərəfdaşlığı Alyansına üzv oldu

Azərbaycanın bu İnstitutu BMT-nin Dağ Tərəfdaşlığı Alyansına üzv oldu

Qərbi Kaspi Universitetinin Dağ Mədəniyyətləri və Landşaftları Tədqiqat İnstitutu BMT-nin Dağ Tərəfdaşlığı Alyansına üzv qəbul edilib.

BMT-nin nəzdində fəaliyyət göstərən Dağ Tərəftaşlığı Alyansının məqsədi dünyada dağ xalqlarının həyat tərzinin yaxşılaşdırılması və ətraf mühitin mühafizəsidir. 2002-ci ildə əsası qoyulmuş təşkilatın fəaliyyəti, dağlıq ərazilərdə rifahın, resursların, biliklərin və məlumatın qorunması və çoxalmasına yönəlib.

Olaylar.az-a verilən məlumata görə, hazırda Dağ Tərəfdaşlığının hökumət, beynəlxalq təşkilat, yerli idarəetmə orqanları, QHT və elmi mərkəzlərdən ibarət 300-dən çox üzvü var.

Qərbi Kaspi Universitetinin Dağ Mədəniyyətləri və Landşaftları Araşdırması İnstitutunun bu alyansa üzv qəbul edilməsi Azərbaycanda dağ ərazilərində sosial və ekoloji xarakterli layihələrin keçirilməsinə təkan verəcək, dağların mühafizəsi sahəsində beynəlxalq əməkdaşlıqlar üçün yüni imkanlar yaradacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31