“Azərişığ”ın 1.6 milyon manatlıq tenderinin qalibi açıqlanıb

“Azərişığ”ın 1.6 milyon manatlıq tenderinin qalibi açıqlanıb

"Azərişıq" ASC-nin Abşeron rayonunun ərazisində torpaq sahələrinin suvarma sisteminin xarici elektrik təchizatı işlərinin həyata keçirilməsi üçün bu il iyunun 27-də elan etdiyi açıq tenderin nəticəsi məlum olub. 

Tenderin qalibi "Tikinti Təmir RR" MMC elan edilib. 

Qalib şirkətə əlavə dəyər vergisi daxil olmaqla 1 549 307 manat pul ödəniləcək. Artıq tərəflər arasında müvafiq satınalma müqaviləsi imzalanıb. 

Vergilər Nazirliyinin Kommersiya hüquqi şəxslərin dövlət reyestrinə əsasən, nizamnamə kapitalı 10 manat olan "Tikinti Təmir RR" bu il yanvarın 14-də dövlət qeydiyyatına alınıb. Şirkətin qanuni təmsilçisi Samir Ələmdar oğlu Qasımovdur.  

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31