Dövlət sərhədini pozan şəxs saxlanıb

Dövlət sərhədini pozan şəxs saxlanıb

Dövlət Sərhəd Xidməti (DSX) tərəfindən dövlət sərhədinin etibarlı mühafizəsinin təmin olunması tədbirləri davam etdirilir. DSX-dən "Olaylar"a bildirilib ki, avqust 7-də Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının "Şəmkir" sərhəd dəstəsinin xidməti ərazisində Ağstafa rayonunun Ağgöl kəndinin ərazisindəki sərhəd zastavasının xidməti sahəsində Gürcüstandan Azərbaycan Respublikası istiqamətində dövlət sərhədini pozmuş Gürcüstan vətəndaşı 1973-cü il təvəllüdlü Temur Şaraşidze sərhəd pozucusu qismində sax­anılıb. Fakt üzrə cinayət işi qaldırılıb, zəruri əməliyyat-istintaq tədbirləri həyata keçirilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31