Nəsimi rayon gəncləri Qubaya ekskursiya ediblər

Nəsimi rayon gəncləri Qubaya ekskursiya ediblər

Yay günlərində gənclər arasında vətənpərvərlik ruhunun daha da yüksəldilməsi,  diyarşünaslığın inkişaf etdirilməsi və gənclərin yay istirahətinin, asudə vaxtının səmərəli təşkil edilməsi üçün Nəsimi rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə tədbirlər keçirilir. "Olaylar" xəbər verir ki, bununla əlaqədar Nəsimi rayonunun ictimai-siyasi həyatında fəal iştirak edən, təhsildə fərqlənən, həmçinin  sahibkar gənclərin iştirakı ilə Quba rayonuna ekskursiya təşkil edilmişdir. Gənclər Quba  rayonunun ərazisində yerləşən tarixi-mədəni obyektlərlə yaxından tanış olmuşlar. Həmçinin, gənclərin  Qubanın yaşıl meşələrinə də maraqlı gəzintiləri təşkil edilimişdir. Gənclər  Qubanın Qəçrəş kəndində birlikdə nahar etmiş,  əyləncəli tədbirlərdə -  idman və  intellektual yarışlarda iştirak edərək mənalı istirahət keçirmişlər. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31