Lerikdə zəlzələ oldu

Lerik rayonunda zəlzələ olub.

Respublika Seysmoloji Xidmət Mərkəzindən bildirilib ki, yeraltı təkan, ilkin məlumatlara əsasən, yerli vaxtla saat 06:43-də Yardımlı stansiyasından 22 km cənub-şərqdə Lerik ərazisində qeydə alınıb.

Maqnitudası 3.0, dərinliyi 12 km olan zəlzələ hiss olunmayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31