Qurban bayramı namazının vaxtı açıqlandı
Qurban bayramı namazının vaxtı açıqlandı
7 Avqust 2019 15:47 SosialAvqustun 12-də Azərbaycandakı bütün məscidlərdə Qurban bayramı namazı qılınacaq."Olaylar" xəbər verir ki, Qafqaz Müsəlmanları İdarəsinin məlumatına görə, bayram namazı avqustun 12-də saat 08:00-da Bakıdakı Əjdərbəy məscidində, saat 09:00-da isə Təzəpir məscidində qılınacaq. Bayram namazında Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadənin də iştirak edəcəyi gözlənilir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31