Səkkiz yaşlı uşaq babasının maşınını sürdü - Nənəsini öldürdü
Səkkiz yaşlı uşaq babasının maşınını sürdü - Nənəsini öldürdü
7 Avqust 2019 14:45 SosialLənkəranda yaşlı qadın azyaşlı nəvəsinin idarə etdiyi maşın tərəfindən vurulub.
Oxu.Az-ın bölgə müxbirinin verdiyi xəbərə görə, hadisə avqustun 6-da Mirzə Məhəmmədhüseyn Axund küçəsi, ev 190 ünvanında baş verib.
Belə ki, sözügedən ünvanda yaşayan Zaur Ağayevin avtomobilini səkkiz yaşlı nəvəsi nəzarətsiz halda hərəkətə gətirib.
Nəticədə uşaq nənəsi - 67 yaşlı Zahirə Dilşad qızı Ağayevaya maşınla ciddi xəsarət yetirib.
Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılan qadının həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31