6 ayda 83 hərrac keçirilib

6 ayda 83 hərrac keçirilib

Dövlət əmlaklarının özəlləşdirilməsi üzrə keçirilən hərraclarda bu ilin yanvar-iyun ayları ərzində Bakı və regionlarda 83 hərrac keçirilib. Əmlak Məsələləri Dövlət Komitəsindən "Olaylar"a bildirilib ki, ümumilikdə hərraclar vasitəsilə dövlət əmlaklarının özəlləşdirilməsi ilə bağlı edilən sifarişlərin 310-a yaxını elektron şəkildə həyata keçirilib. Cari ilin 6 ayı ərzində bu rəqəm 70-dən çoxdur. Ümumilikdə hərracların 190-a yaxını rəqabətli şəkildə baş tutub. Bunlardan 62-si isə bu ilin 6 ayı ərzində reallaşıb. Hazırda Komitənin 41 elektron xidmətindən 10-u özəlləşmə sahəsinə aiddir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31