Sabahın hava proqnozu açıqlandı

Avqustun 8-də Azərbaycanda gözlənilən hava məlumatı açıqlanıb.

Avqustun 8-də Azərbaycanda gözlənilən hava məlumatı açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Olaylar.az-a verilən məlumata görə Bakıda və Abşeron yarımadasında sabah havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, bəzi yerlərdə yağış yağacağı gözlənilir. Mülayim şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu Abşeron yarımadasında gecə 22-25, gündüz 27-29, Bakıda gecə

23-25, gündüz 27-29 dərəcə isti təşkil edəcək.

Atmosfer təzyiqi norma daxilində 764 mm civə sütunu təşkil edəcək, nisbi rütubət   60-

70 faiz olacaq.

Abşeron çimərliklərində mülayim şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq.

Dəniz suyunun temperaturu şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı,

Nardaran, Bilgəh, Zaqulba) 23-24, cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx)

24-25 dərəcə isti təşkil edəcək.

Azərbaycanın rayonlarında avqustun 8-də havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin bəzi şimal və şərq rayonlarında gecə və axşam şimşək çaxacağı, yağış yağacağı ehtimal olunur. Ayrı- ayrı yerlərdə leysan xarakterli olacağı, dolu düşəcəyi gözlənilir. Şərq  küləyi ayrı-ayrı

yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 18-23, gündüz 30-35, dağlarda

gecə 10-15, gündüz 15-20 dərəcə isti olacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31