Evə basqın edən maskalılar axtarılır

Evə basqın edən maskalılar axtarılır

Tərtərdə evə basqın olub. "Olaylar" xəbər verir ki, hadisə Tərtər şəhərində qeydə alınıb. Rayon sakini, 1986-cı il təvəllüdlü Elvin Sadıqovun yaşadığı evə daxil olan iki maskalı şəxs ev sahibinin əl-qolunu bağlayıb, ona zor tətbiq etməklə pul tələb ediblər. Səsə E.Sadıqovun atası, 1962-ci il təvəllüdlü Zakir Sadıqov gəlib. Bunu görən maskalı şəxslər evi tərk edib. Faktla bağlı Tərtər Rayon Polis Şöbəsində cinayət işi başlanıb, araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31