Quba yolunda külək "Nissan"ı aşırdı - Bir qadın öldü
Quba yolunda külək "Nissan"ı aşırdı - Bir qadın öldü
6 Avqust 2019 17:05 SosialAvqustun 5-də saat 18:30-da Bakı-Quba yolunun Sumqayıt şəhəri ərazisindən keçən 5-ci km-də ağır yol qəzası baş verib.
Olaylar.az Avtosfer.az-a istinadla xəbər verir ki, Abbasova Nuranə Məhəmməd qızının idarə etdiyi "Nissan Micra" markalı 99 SH 379 dövlət nömrə nişanlı avtomobil güclü küləkdən idarəetmənin itirib və aşıb. Nəticədə avtomobildə olan sərnişin Qadımova Gülqəz Savalan qızı xəsarət alıb. Ağır vəziyyətdə xəstəxanaya çatdırılan qadının həyatını xilas etmək mümkün olmayıb.
Fakt üzrə araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31