“Fəlakət” boşanıb? - Prodüseri aydınlıq gətirdi - YENİLƏNİB
“Fəlakət” boşanıb? - Prodüseri aydınlıq gətirdi - YENİLƏNİB
6 Avqust 2019 15:19 SosialÖtən il fevral ayında ailə həyatı quran aktyor Elşən Orucovun həyat yoldaşından ayrılması haqqında məlumatlar yayılıb.
Axsam.az saytının yaydığı xəbərə görə, cütlük artıq bir müddətdir ayrı evlərdə yaşayır.
Olaylar.az bildirir ki, E.Orucovun prodüseri Abbas Kərimli oxu.az-a açıqlamasında yayılan xəbərləri təkzib edib:
"Elşən ilə İlahə boşanmayıblar. Bu, şayiədir".
Qeyd edək ki, Elşən Orucov "Fəlakət" obrazı ilə məşhurlaşıb.
Xatırladaq ki, aktyor və xanımı ATV-də bir yerdə çalışan zaman tanış olublar. Cütlüyün bu nikahdan 2018-ci ilin dekabrında qız övladı dünyaya gəlib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31