Bu yollarda rənglənmə işləri aparılacaq
Bu yollarda rənglənmə işləri aparılacaq
6 Avqust 2019 13:38 SosialAvtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsinin daxili yollarında üfiqi nişanlanma xətlərinin rənglənməsi işləri aparılacaq. "OLAYLAR" xəbər verir ki, bu barədə məlumatı Avtomobil Yolları Dövlət Agentliyi yayıb. Bu üzdən sürücülərdən sözügedən yollarda hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31