Xəzər TV-nin aparıcısının dənizdə batan oğlu komadan ayılıb - Xəstəxanadan FOTO
Xəzər TV-nin aparıcısının dənizdə batan oğlu komadan ayılıb - Xəstəxanadan FOTO
6 Avqust 2019 11:45 SosialXəzər TV-nin tanınmış aparıcısı Yusif Kərimlinin dənizdə batmaq təhlükəsilə üz-üzə qalan və son anda xilas olan 7 yaşlı oğlu Əmin komadan ayılıb.
Olaylar.az xəbər verir ki, aparıcı BAKU.WS-ə açıqlamasında oğlunun vəziyyətinin yaxşılığa doğru getdiyini bildirdi:
"Komadan ayılıb. Getdikcə düzəlir. Ümid edirik tezliklə ayağa qalxacaq".
Xatırladaq ki, 2 gün əvvəl Yusif Kərimlinin azyaşlı övladı çimərlikdə boğulmaq təhlükəsi ilə üzləşib. Uşağın xalası onu xilas edib, amma qız özü boğulub. Komaya düşən azyaşlı isə ətrafdakıların köməyi ilə xəstəxanaya aparılıb, reanimasiyadadır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31