56 avtovağzal və avtostansiya kompleksində gücləndirilmiş iş rejimi elan edilib
56 avtovağzal və avtostansiya kompleksində gücləndirilmiş iş rejimi elan edilib
6 Avqust 2019 11:39 Sosial"Respublika ərazisində fəaliyyət göstərən 56 avtovağzal və avtostansiya kompleksində avqustun 7-dən 14-nə qədər gücləndirilmiş iş rejimi elan edilib". "OLAYLAR" xəbər verir ki, bu barədə məlumatı Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin mətbuat xidmətinin rəhbəri Nuridə Allahyarova verib. O, bildirib ki, Qurban bayramı ilə əlaqədar bayramın ilk günləri paytaxtdan regionlarımıza səfər edənlərin üstünlük təşkil etməsi ilə əlaqədar sıxlıq daha çox Bakı Beynəlxalq Avtovağzal Kompleksində müşahidə ediləcək: "Sərnişin axınının bu il ötən ilə nisbətən daha çox olacağını ehtimal edərək biletlərinizi öncədən regional avtovağzal və avtostansiyalardakı kassalardan əldə etməyinizi tövsiyə edirik. Region avtovağzallarımızdan növbəti ən böyük sıxlığın Gəncə, Mingəçevir və Şirvanda müşahidə ediləcəyi ehtimal olunur. DANX olaraq sərnişinlərdən xahiş edirik ki, hər hansı süni qiymət artımı ilə qarşılaşacağınız təqdirdə (012) 566-52-58 nomrəsinə zəng edərək məlumat verəsiniz".