Məsciddə rəzillik – Özünü işçi kimi göstərib...
Məsciddə rəzillik – Özünü işçi kimi göstərib...
5 Avqust 2019 17:09 SosialTürkiyədə Karaköydəki yeraltı məsciddə yatan şəxsin telefonunu oğurlayanın əməli təhlükəsizlik kamerasına düşüb.
Olaylar.az xəbər verir ki, polis oğrunu tapmaq üçün əməliyyata başlayıb.
Namaz qılandan sonra məsciddə yatan şəxsə yaxınlaşan oğru əvvəlcə yerdə uzanaraq ətrafdakıların diqqətini özünə çəkməməyə çalışıb.
Bir müddət uzanılı vəziyyətdə qalan oğru özünü işçi kimi göstərərək yatan şəxsin cibindən telefonunu götürüb, məsciddən uzaqlaşıb. Yuxudan ayılan şəxs telefonunun oğurlandığını bilən kimi polisə şikayət edib. Polis faktla bağlı araşdırmaya başlayıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31