Güclü külək daha 2 yerdə fəsad törətdi

Güclü külək daha 2 yerdə fəsad törətdi

Axşam saatlarında Nəsimi rayonu, S.Rüstəm küçəsində küclü külək ağacı orta təzyiqli qaz kəmərinin üzərinə aşırıb. "OLAYLAR"-a "Azəriqaz" İstehsalat Birliyindən verilən məlumata görə, nəticədə qaz xətti onu saxlayan dirəklərdən qopub. Lakin qaz sızması baş vermədiyindən təchizatda fasilə yaranmayıb. Hazırda ərazi ağac qalıqlarından təmizlənir, bundan sonra dərhal qaz xətti əvvəlki vəziyyətinə qaytarılacaq.

Daha bir halda isə ağac Yasamal rayonu, Şərifzadə küçəsində yerləşən "ATV plyus" kabel televiziyasının sayğacının üzərinə aşaraq onu zədələyib. Sayğac yarasız hala düşüb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31