Külək daha bir qaz xəttinə ziyan vurub

Külək daha bir qaz xəttinə ziyan vurub

Səhər saatlarından başlayan güclü külək paytaxtda bir sıra fəsadlar törədib. Xüsusilə, küləkli hava şəraiti elektrik və qaz xətlərinə ziyan vurub. "Azəriqaz" İstehsalat Birliyindən "OLAYLAR"-a bildirilib ki, Nəsimi rayonu Dilarə Əliyeva 243 və 249 saylı binaları təbii qazla təmin edən aşağı təzyiqli qaz xətti ağac aşması nəticəsində zədələnib. 500 abonentin qaz təminatında məhdudiyyət yaranıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31