Enerji Məsələlərini Tənzimləmə Agentliyi aparıcı auditor vakant vəzifəsi üzrə sənəd qəbulu elan edir

Enerji Məsələlərini Tənzimləmə Agentliyi aparıcı auditor vakant vəzifəsi üzrə sənəd qəbulu elan edir

Azərbaycan Respublikası Energetika Nazirliyinin tabeliyində olan Enerji Məsələlərini Tənzimləmə Agentliyi daxili nəzarət tədbirlərinin, xidməti araşdırmaların, daxili audit yoxlamalarının və monitorinqlərin həyata keçirilməsi, audit hesabatlarının hazırlanması, daxili nəzarət tədbirləri üzrə Agentliyin fəaliyyətinin təkmilləşdirilməsi və səmərəliliyinin artırılmasıməqsədilə Daxili audit şöbəsinəaparıcı auditor vakant vəzifəsi üzrə sənəd qəbulu elan edir.

"OLAYLAR"-a nazirlikdən bildirilib ki, namizədlərin hüquqşünaslıq, iqtisadiyyat və idarəetmə ixtisasları üzrə ali təhsilə, ixtisası üzrə azı 3 il iş təcrübəsinə və 25-40 arası yaş həddinə malik olması tələb edilir.

Sənəd qəbulu 15 avqust 2019-cu il tarixinədək davam edəcək.

Müraciət etmək istəyən namizədlər CV-lərini[email protected] e-mail ünvanına göndərə bilərlər.

Vakant vəzifə ilə maraqlanan şəxslər Energetika Nazirliyinin rəsmi internet səhifəsinin "Elan" bölməsinə daxil olaraq şərtlərlə daha ətraflı tanış ola bilərlər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31