Mingəçevirdə toy karvanında faciə: Yaralılar var

Mingəçevirdə toy karvanında faciə: Yaralılar var

Mingəçevir şəhərində toy karvanında yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə şəhərin M.Maqomayev küçəsi ilə Füzuli küçəsinin kəsişməsində qeydə alınıb.

Belə ki, toy karvanında olan "Volkswagen" markalı avtomobil işıqforun qırmızı işığının tələblərini pozaraq hərəkətə davam edib və hərəkətdə olan "BMW" markalı avtomobilin qarşısına çıxıb.

İki avtomobilin toqquşması nəticəsində bir neçə nəfərin xəsarət aldığı bildirilir.

Report.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31