Xəzərdə HƏYƏCAN - SOCAR 700-ə yaxın işçini təxliyə etdi

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Bakı və Abşeron yarımadasındakı güclü küləklə əlaqədar Xəzər dənizindəki obyektlərdən 700-ə yaxın işçini təxliyə edib.

ARDNŞ-dən  verilən məlumata görə, dənizdə təhlükəsizlik məqsədləri ilə əlaqədar açıq havada işlər dayandırılıb.

Qeyd edək ki, bu gün Abşeron yarımadasında küləyin sürəti saniyədə 23-28, bəzən 30-35 metrədək çatır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31