Məktəblilər üçün “Yay məktəbi” təşkil edilir

Məktəblilər üçün “Yay məktəbi” təşkil edilir

Paytaxtda təşkil olunan "Yay məktəbi"nin ll mərhələsinə start verilib. "OLAYLAR"-a Bakı Şəhəri üzrə Təhsil İdarəsindən bildirilib ki, məktəblilərin yay tətili günlərinin səmərəli, maraqlı və əyləncəli təşkili məqsədilə "Məktəblinin dostu" pilot layihəsi çərçivəsində "Yay məktəbi" avqust ayında paytaxt məktəblərinin VlI-VIII sinif şagirdləri üçün keçirilir.

Ödənişsiz qaydada VII-VIII sinif şagirdləri üçün təşkil olunan "Yay məktəbi" Bakı şəhəri üzrə "Məktəblinin dostu" layihəsinin tətbiq olunduğu 31 məktəbi əhatə edir.

"Yay məktəbi" zamanı 2000-dən çox şagird üçün təlim, seminar və informativ sessiyalar keçirilir, müxtəlif idman yarışları, əyləncəli saatlar təşkil edilir.

"Yay məktəbi"nin əsas məqsədi məktəblilərə yay istirahəti dövründə keyfiyyətli təhsil imkanları yaratmaq və əyləncəli proqramlar təşkil etməklə, intellektual və sosial aktiv gənclərin-gələcəyin liderlərinin formalaşdırılmasından ibarətdir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31