Sumqayıtda küləyin qopardığı budaq 10 yaşlı qızın BAŞINA DÜŞDÜ

Sumqayıtda şəhərində güclü külək daha bir fəsad törədib.

Hadisə şəhərin 12-ci mikrorayonunda qeydə alınıb. Belə ki, anası ilə gedən, 2009-cu il təvəllüdlü Qədəlili Aylin Sadiq qızının başına ağacdan qırılan budaq düşüb.  Ağır xəsarət alan A. Qədəlili baş-beyin travması diaqnozu ilə Sumqayıt Təcili Tibbi Yardım Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. 10 yaşlı qızın vəziyyəti ağır qiymətləndirilir. /APA/

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31