Fiziki qüsurlu uşaqların ekskursiyası təşkil edilib

Fiziki qüsurlu uşaqların ekskursiyası təşkil edilib

Binəqədi rayonunun ərazisində fəaliyyət göstərən bələdiyyələr tərəfindən xeyriyyə tədbiri həyata keçirilib. "OLAYLAR" xəbər verir ki, rayon bələdiyyələrinin təşkilatçılığı ilə fiziki qüsurlu uşaqların Quba-Qusar rayonlarına tur ekskursiyası təşkil edilib.

Ekskursiyada Binəqədi bələdiyyə sədrləri, İctimai-Humanitar Sektorunun müdirləri, fiziki qüsurlu uşaqlarının ailə üzvləri iştirak ediblər. Ekskursiyada bələdiyyə sədrləri də fiziki qüsurlu uşaqlar və ailə üzvləri ilə əylənib, onlara diqqət və qayğı göstəriblər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31