Bakıda ŞOK HADİSƏ - Baş həkimə cinayət işi açıldı
5 Avqust 2019 07:12 SosialBakıda xəstəxanalardan birinin baş həkimi barəsində cinayət işi açılıb.
News24.az -ın məlumatına görə, 13 saylı Birləşmiş Şəhər Xəstəxanasının baş həkimi Zümrüd Abdullayeva barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 308.1-ci, yəni, Vəzifə səlahiyyətlərindən sui-istifadə maddəsi ilə cinayət işi açılıb.
Artıq cinayət işinin materialları baxılması üçün Suraxanı Rayon Məhkəməsinə göndərilib və hakim Elnur Nuriyevin icraatına verilib.
Yaxın günlərdə məhkəmə prosesi başlayacaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31