Azərbaycanda piyada taksinin altında belə qaldı - ÖLƏ BİLƏRDİ - VİDEO
4 Avqust 2019 11:52 SosialSumqayıt şəhərində piyadanın xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.
Publika.az xəbər verir ki, şəhərin mərkəzi küçəsində piyada keçidi ilə yolu keçən şəxs svetaforun yaşıl işığında yoluna davam edən taksi tərəfindən vurulub. Svetaforun tələbinə məhəl qoymayaraq yolu keçən piyada "VAZ 2106" markalı avtomobilin altında qalsa da, xoşbəxtlikdən ciddi xəsarətlər almayıb.
Hadisə ərazidəki digər avtomobilin video-qeydiyyat cihazı tərəfindən lentə alınıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31