Körpələri çimərliyə aparmaq doğrudurmu? – PEDİATR AÇIQLAYIB

Yay aylarında azyaşlılar, hətta çox kiçik yaşlı uşaqlar da çimərliklərə aparılır.

Bu doğrudurmu? Ümumiyyətlə, uşaqları hansı yaş dövründən sonra dənizə aparmaq olar?

e-tibb.az  bildirir ki, Mərkəzi Gömrük Hospitalının şöbə rəisi, pediatr-neonatoloq-reanimatoloq, uzman həkim Telman Aytayevin sözlərinə görə, 6 ayı tamam olana, uşaq başını tam tutana qədər dənizə aparılmamalıdır. 6 aydan sonra aparılması daha yaxşı olar: "Dənizin təmiz olmasına diqqət etmək lazımdır. Natəmiz olan yerdən uşaqlara infeksiya keçə, bu isə onların səhhətində problemlərə yol aça bilər. Dəniz duzlu olduğuna görə, uşağı dəniz suyunda 20 dəqiqədən çox saxlamaq olmaz. Sudan çıxaran kimi uşağı təmiz su ilə yuyub qurulamaq gərəkdir. Dənizə gedən uşaqlara mütləq Günəş kremləri çəkmək lazımdır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31