İnstagram və WhatsApp-ın adı dəyişiləcək
4 Avqust 2019 08:32 Sosialİnstagram və WhatsApp tətbiqlərinin adına "Facebook" dəqiqləşdirməsi əlavə ediləcək.
Publika.az xəbər verir ki, yenilənmiş ad Apple və Google Play-da, eləcə İnstagram və WhatsApp tətbiqlərin daxilində əks olunacaq.
Mobil cihazların ekranında tətbiqlər eyni adlar altında qalacaq.
Facebook sözçüsü Berti Tomsonun sözlərinə görə, bu cür tədbirlər İnstagram və WhatsApp şirkətə aid olduğunu göstərəcək./trend
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31