Bakıda qadın yarıçılpaq vəziyyətdə 6-cı mərtəbədən yıxılıb

Gecə saatlarında Bakının Xətai rayonu ərazisində bədbəxt hadisə baş verib.

"Report"un məlumatına görə, Əliyeva Tamara Vaqif qızı Ayaz İsmayılov küçəsi, 67 a ünvanında yerləşən hündür binanın 6-cı mərtəbəsinin eyvanından yerə yıxılıb.

Ağır xəsarət alan qadın əraziyə gəlmiş "təcili yardım" maşını ilə 1 saylı Kliniki Tibbi Mərkəzə aparılıb.

Yaralıya müştərək travma və baldır sümüklərinin sınığı diaqnozu qoyulub. O, Reanimasiya şöbəsinə yerləşdirilib. Vəziyyəti ağır  qiymətləndirilir.

Hadisə ilə bağlı iddia olunur ki, qadın təcavüzdən qaçmaq üçün özünü aşağı atıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31