Nazirlik 892 əlili istirahət mərkəzlərinə göndərib - Bu il
2 Avqust 2019 18:33 SosialƏmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən bu il 1200 nəfərdən çox əlilliyi olan şəxsin ölkəmizin istirahət mərkəzlərinə göndərilməsi nəzərdə tutulub.
Nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən verilən məlumata görə, bu ilin ötən dövründə onlardan artıq 892 nəfər Quba, Qusar, Xaçmaz, Lənkəran, rayonlarındakı istirahət mərkəzlərinə yola salınıb.
Əlilliyi olan şəxslərin istirahətinin təşkili "2019-cu ildə əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların sosial müdafiəsi və reabilitasiyası Proqramı"na əsasən həyata keçirilir. Proqramda əlilliyi olan şəxslərlə bağlı digər tədbirlərlə yanaşı, onların asudə vaxtlarının təşkili məqsədilə istirahət zonalarına göndərilməsi də yer alıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31