Azərbaycanda qorxunc hadisə – AVTOMATLA GÜLLƏLƏDİ

Azərbaycanda qorxunc hadisə – AVTOMATLA GÜLLƏLƏDİ

Daxili İşlər Nazirliyi Tərtərdə baş vermiş güllələnmə hadisəsi ilə bağlı məlumat yayıb.

Avqustun 1-də Bərdə rayonunun Seyidyusifli kəndi ərazisində Tərtər rayon sakini F.İsmayılov münaqişə zəminində odlu silahdan açdığı atəşlə həmyerlisi E.Nəcəfovun bud nahiyələrinə xəsarət yetirdikdən sonra könüllü olaraq Tərtər RPŞ-yə gəlib.

Polis əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilən zamanı cinayətdə istifadə edilmiş "AKS" markalı silah, 1 ədəd patron darağı və 37 ədəd patron aşkar edilərək götürülüb.

Faktla əlaqədar Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31