Turistlər şirkət seçimində daha diqqətli olmalıdır
Turistlər şirkət seçimində daha diqqətli olmalıdır
2 Avqust 2019 14:20 SosialAzərbaycan Turizm Assosiasiyası (AZTA) turistləri şirkət seçimində daha diqqətli olmağa cağırır. Bu barədə məlumat "OLAYLAR"-a AZTA-dan daxil olub. AZTA-nın rəhbəri Nahid Bağırovun sözlərinə görə, son zamanlar assosiasiyaya şirkətlərin keyfiyyətsiz və məsulliyətsiz fəaliyyətləri ilə bağlı şikayətlərin sayı durmadan artır. "Hazırda sektorda idarəetmə mexanizmlərinin olmaması turistlər üçün
ciddi problemlər yaradır, eləcə də, sektorun imicinə ziyan vurur. Bütün baş verənləri nəzərə alaraq, turistləri şirkət seçərək daha diqqətli olmağa, yalnız tanınmış və kifayət qədər müştəri bazası olan şirkətlərlə əməkdaşlıq etməyi tövsiyyə edirik".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31