Bərdədə silahlı insident: 1 yaralı
Bərdədə silahlı insident: 1 yaralı
2 Avqust 2019 13:04 SosialBərdə rayonunda silahlı insident baş verib.
Olaylar.az xəbər verir ki, avqustun 1-də rayonun Seyidyusifli kəndi ərazisində Tərtər rayon sakini F.İsmayılov münaqişə zəminində odlu silahdan açdığı atəşlə həmyerlisi E.Nəcəfovun bud nahiyələrinə xəsarət yetirib.
Daha sonra o, könüllü olaraq Tərtər rayon polis şöbəsinə gəlib.
Polis əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilən zamanı cinayətdə istifadə edilmiş "AKS" markalı silah, 1 ədəd patron darağı və 37 ədəd patron aşkar edilərək götürülüb.
Faktla əlaqədar Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb.
Teleqraf.com
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31