Vətəndaşlarımızın sosial qayğısına əlavə resurslar cəlb edilib

Vətəndaşlarımızın sosial qayğısına əlavə resurslar cəlb edilib

"Prezident İlham Əliyev sosial-iqtisadi sahədə görülən işlərə dair müşavirədə ictimaiyyətə informasiya verərkən çox önəmli məsələlərə toxunub.  Cənab Prezident qeyd edib ki, Azərbaycanın maliyyə rezervləri rekord həddə çatıb. Son 6 ay ərzində 4 milyard ABŞ Dolları da əlavə olunduqdan sonra maliyyə rezervlərimiz 49 milyard ABŞ Dolları həddinə çatıb". "OLAYLAR" xəbər verir ki, sözügedən müşavirə ilə bağlı fikirlərini ifadə edən müstəqil ekspert Murad Ağamiyev deyib ki, son inqilabi sosial islahatlar dövründə ölkəmizin dövlət xərcləri artıb: "Vətəndaşlarımızın sosial qayğısına əlavə resurslar cəlb edilib. Minimum əmək haqqı, pensiya və müavinət, problemləri kreditlərin həllində dövlət dəstəyi, subsidiyalar, özünüməşğulluq proqramı, qaçqın və məcburi köçkünlərin aylıq ödəmələri və s. kimi sosial təminatlar üzrə inqilabi artımlar və dövlət büdcəsi hesabına ödəmələr kifayət qədər , ən azı 2 dəfə artıb. Bütün bu ağır yükün miqyasına baxmayaraq biz öz ehtiyyat maddi vəsaitlərimizi də 4 milyard ABŞ Dolları artıraraq rekord göstəriciyə nail ola bilmişik". Ekspert hesab edir ki,  bütün bunlar bir daha müxalifət düşərgəsini, anti-milli qüvvələri əməli iş hesabına iflasa uğradır, onların şifahi iddialarını çürüdür: "İndi hansı axmaq iddia edə bilər ki, Azərbaycanın maddi gücü tükənib və ya zəifləyib ?  Mən cənab Prezidentə bir vətəndaş kimi təşəkkür edirəm, minnətdarlıq ərz edirəm. İnanıram ki, bu dövlətin, millətin sağlam, nurlu gələcəyi yalnız cənab Prezidentin gərgin işi, səyi hesabına formalaşacaq".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31