Tikinti şirkəti qaz xəttini zədələdi, 8 kənd qazsız qaldı

Tikinti şirkəti qaz xəttini zədələdi, 8 kənd qazsız qaldı

Astara rayonu Ərçivan qəsəbəsi ərazisində qazıntı işləri aparan şirkət "Ərçivan" qaz paylayıcı stansiyasından (QPS) qidalanan orta təzyiqli qaz xəttini zədələyib. "Azəriqaz" İstehsalat Birliyindən "OLAYLAR"-a daxil olan məlumata görə, baş vermiş hadisə bir qəsəbə və 8 kəndin qaz təchizatının dayandırılmasına səbəb olub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31