Hollandiyada niqab qadağan edildi
Hollandiyada niqab qadağan edildi
1 Avqust 2019 14:49 SosialHollandiyada ötən il qəbul edilən niqab qadağasının icrasına start verilib.
Olaylar.az xəbər verir ki, Hollandiya Daxili İşlər Nazirliyi bəyan edib ki, bu gündən insanların təhsil, səhiyyə sektoruna, ictimai nəqliyyata və dövlət idarələrinə üzləri tanınmayan şəkildə daxil olması qadağan olunur.
Nazirlik qanuna uyğun olaraq adı çəkilən yerlərdə işləyənlərin niqab taxan xanımlardan üzlərinin açmasını və ya binanı tərk etməsini tələb edə biləcəyi, buna tabe olmayanların isə polisə göndəriləcəyi, habelə cəza almaq riski olduğu xatırladılır.
Hollandiyada təxminən 150-dən çox niqab taxan xanımın olduğu ehtimal edilir.
Teleqraf.com
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31