Aİİ-də qabiliyyət imtahanı başa çatdı
Aİİ-də qabiliyyət imtahanı başa çatdı
1 Avqust 2019 12:39 SosialAzərbaycan İlahiyyat İnstitutunda (Aİİ) üçüncü ixtisas qrupu üzrə bakalavr pilləsinin İslamşünaslıq ixtisasına qəbul olunmaq istəyən abituriyentlərin 27 iyul - 31 iyul 2019-cu il tarixdə qabiliyyət imtahanı keçirilib. Təhsil ocağından "OLAYLAR"-a bildirilib ki, Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən yaradılan Dini-Psixoloji Komissiya abituriyentlərin dünyagörüşü səviyyəsini, psixoloji vəziyyətini, yaradıcı təfəkkürünü, insanlarla ünsiyyət bacarığını və İslamşünaslıq ixtisasına maraqlarını müəyyənləşdirərək qiymətləndirib.
DİM-in saytından üçüncü ixtisas qrupu üzrə bakalavr pilləsinin İslamşünaslıq ixtisası üzrə 36 yer üçün 133 abituriyent qeydiyyatdan keçib.
Qabiliyyət imtahanında iştirak etmək hüququ qazanmış 133 abituriyentdən 75 nəfər "məqbul" alıb. "Məqbul" qiyməti alan abituriyentlər artıq İslamşünaslıq ixtisasını seçə bilərlər.
Xatırladaq ki, DİM qabiliyyət imtahanına buraxılış üçün 150 (yüz əlli) bal müəyyənləşdirib. İnstitutuda tələbələr Din, Tarix, Fəlsəfə, Dil, Ədəbiyyat və digər elmlərə dair Azərbaycan, ərəb, türk, ingilis, fars və rus dillərində 14 mindən çox kitabdan istifadə etmək imkanına malikdirlər.